Siqaret çəkənlər COVID-19-u daha ağır keçirir - Həkimdən xəbərdarlıq

Türkiyə Döş Xəstəlikləri uzmanı Dr. Saliha Ercan siqaretin təkcə xərçəng və KOAH riskini artırmadığını, həm də COVID-19 və pnevmoniya kimi infeksiyaların daha ağır keçməsinə səbəb olduğunu bildirib.

Sherg.az xəbər verir ki, həkimin sözlərinə görə, siqaret tüstüsündə 4 mindən çox kimyəvi maddə var və onların 80-dən çoxu kanserogendir. O, KOAH xəstəliyinin 90 faizinin siqaretlə bağlı olduğunu, həmçinin ürək-damar xəstəlikləri, Alzheimer və müxtəlif xərçəng növləri riskinin də ciddi şəkildə artdığını vurğulayıb.