Şizofreniya xəstələri əksər hallarda təhlükəli deyil

Dünya Şizofreni Günü münasibətilə mütəxəssislər şizofreniya xəstəliyinə dair mühüm məlumatları bölüşüblər.

Sherg.az xəbər verir ki, dünyada təxminən 60-65 milyon insanın bu xəstəliklə yaşadığı bildirilir.

Şizofreniya düşüncə, qavrayış, duyğu və davranışlarda pozulmalarla müşahidə olunan ciddi psixi pozuntudur. Xəstəlik insanın reallıqla əlaqəsini zəiflədərək psixotik epizodlara səbəb olur. Mütəxəssislərə görə, xəstəliyin gedişi insandan insana fərqlənir və tam standart bir inkişaf mərhələsi yoxdur.

Şizofreniya xroniki olsa da, düzgün müalicə və psixososial dəstək ilə xəstələr cəmiyyətə uyğunlaşaraq işləyə və normal həyat sürə bilirlər. Xəstəliyin tək səbəbi genetik deyil; stres, ətraf mühit və bioloji faktorların birgə təsiri rol oynayır.

Həkimlər vurğulayır ki, şizofreniya xəstələri əksər hallarda təhlükəli deyil və onlar daha çox sosial damğalanma və önyarğıların təsirinə məruz qalırlar. Erkən diaqnoz və davamlı müalicə xəstəliyin gedişinə müsbət təsir göstərir.