Türkiyədə evdə səhiyyə xidmətləri ilə bağlı yeni qaydalara əsasən, vətəndaşların müraciətlərinə 3 gün ərzində baxılacaq və ilk ev ziyarəti də bu müddətdə həyata keçiriləcək.
Sherg.az xəbər verir ki, Birlik və Həmrəylik Həmkarlar İttifaqının sədri Ahmet Mehlepçi bildirib ki, yeni sistem evdə səhiyyə, ailə həkimliyi, paliativ yardım və distant səhiyyə xidmətlərini vahid platformada birləşdirəcək. Müraciətlər e-Nabız, ESHİM, ailə həkimləri və xəstəxanalar vasitəsilə qəbul olunacaq.
Onun sözlərinə görə, yeni qaydalar xidmətlərin daha əlçatan olmasını təmin etsə də, ailə həkimlərinin iş yükünü artıracaq. Bu səbəbdən əlavə personal, maliyyə və hüquqi dəstəyə ehtiyac olduğu vurğulanıb.