Türkiyənin “ölüm xəritəsi” açıqlandı: Ən çox ölüm ürək-damar xəstəliklərindən olub

  • Bu kateqoriya üzrə ölüm nisbətinin ən yüksək olduğu bölgə Çanaqqala olub

Türkiyə Statistika Qurumu 2025-ci ilə dair ölüm və ölüm səbəbləri statistikasını açıqlayıb.

Məlumata görə, Türkiyədə ölənlərin sayı 2024-cü ildəki 489 min 734 nəfərdən 2025-ci ildə 491 min 684 nəfərə yüksəlib. Ölənlərin 55,1 faizini kişilər, 44,9 faizini isə qadınlar təşkil edib.

Ölüm səbəbləri arasında ilk yeri 34,7 faizlə qan-damar sistemi xəstəlikləri tutub. İkinci yerdə 16,1 faizlə xoş və bədxassəli şişlər, üçüncü yerdə isə 15,1 faizlə tənəffüs sistemi xəstəlikləri qərarlaşıb.

Qan-damar xəstəliklərindən ölənlərin 42,3 faizi işemik ürək xəstəlikləri, 24,6 faizi digər ürək xəstəlikləri, 18,2 faizi isə serebrovaskulyar xəstəliklər səbəbindən vəfat edib.

Bu kateqoriya üzrə ölüm nisbətinin ən yüksək olduğu bölgə Çanaqqala olub. Sonrakı yerlərdə Balıkəsir, Hatay və Burdur qərarlaşıb.

Xərçəng və digər şiş xəstəliklərindən ölüm hallarının ən yüksək olduğu il isə Ağrı olub. Onu Van, Kocaeli və Ankara izləyib.

Statistikaya əsasən, 2025-ci ildə körpə ölümü də azalıb. Körpə ölüm sayı 8 min 484-dən 6 min 988-ə düşüb. Körpə ölüm göstəricisi hər min diri doğuşa görə 9-dan 7,8-ə enib. Beş yaşadək uşaqlar arasında ölüm göstəricisi də hər min nəfərə görə 11,1-dən 9,5-ə geriləyib.

Ən yüksək ümumi ölüm göstəricisi Sinopda qeydə alınıb. Ən aşağı ölüm göstəricisi isə Şırnakda olub.