Valideynlər diqqətli olsun: Oyuncaqlardakı plastik uşaqlar üçün risklidir

Bu gün uşaq üçün nəzərdə tutulan bir çox məhsul - oyuncaqlar, qablar, əmziklər və digər əşyalar plastikdən hazırlanır. Lakin bütün plastik növləri uşaqlar üçün təhlükəsiz deyil.

Sherg.az xəbər verir ki, mütəxəssislərin fikrincə, plastik məmulatların əsas üstünlükləri onun yüngül olması, davamlılığı və gigiyenik təmizlənməsinin asanlığıdır. Eyni zamanda, düzgün seçilmiş plastik zərərli maddələrin yayılmasının qarşısını ala bilər.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, hər plastik uşaq üçün uyğun deyil. Məhsulun üzərindəki sertifikat və işarələr onun hansı materialdan hazırlandığını göstərir və valideynlər alış zamanı buna diqqət etməlidirlər.

Mütəxəssislər vurğulayırlar ki, uşaq məhsulları üçün yalnız təhlükəsiz hesab edilən və xüsusi standartlara cavab verən plastik növlərdən istifadə olunmalıdır.