Alimlər torpaqla və təbiətlə təmasın insanın psixoloji vəziyyətinə müsbət təsir göstərdiyini bildirirlər. Mütəxəssislərin fikrincə, bağçılıq və bostan işləri zamanı torpaqda yaşayan bəzi mikroorqanizmlər insanın immun sistemini və əhvalını yaxşılaşdırmağa kömək edir.
Sherg.az xəbər verir ki, fizioloq Kristofer Lourinin sözlərinə görə, müasir şəhər həyatı və həddindən artıq steril mühit insanların faydalı bakteriyalarla təbii təmasını azaldıb. Bu isə stress, allergiya və bəzi psixoloji problemlərin artmasına səbəb ola bilər.
Araşdırmalar göstərir ki, açıq havada fiziki fəaliyyət, xüsusilə torpaqla işləmək, insanın stress səviyyəsini azaltmağa, daxili rahatlığı bərpa etməyə və əhval-ruhiyyəni yüksəltməyə kömək edir. Buna görə də alimlər bağçılığın müəyyən mənada təbii antistress vasitəsi kimi qiymətləndirilə biləcəyini qeyd edirlər.