Alzheimer xəstəliyi üzrə aparılan beynəlxalq araşdırmalara əsasən, tək yaşayan insanlarda bu xəstəliyə tutulma riski 50% daha yüksəkdir.
Sherg.az xəbər verir ki, Türkiyə Alzheimer Dərnəyi Adana şöbəsinin rəhbəri Prof. Dr. Ahmet Evlice bildirib ki, sosial həyatdan uzaqlaşan və az ünsiyyət quran insanlarda risk 20% artır, depressiya əlavə olunduqda isə bu göstərici 100%-ə qədər yüksəlir.
Mütəxəssis qeyd edib ki, sosiallaşma və zehni aktivlik beynin qoruyucu rezervini gücləndirir və xəstəliyin qarşısının alınmasında mühüm rol oynayır.
Bildirilib ki, dünyada təxminən 57 milyon demens xəstəsi var və hər il bu rəqəmə təxminən 10 milyon yeni hal əlavə olunur. Həkimlər müntəzəm fiziki aktivlik, sosial əlaqələr və sağlam həyat tərzinin xəstəlik riskini azalda biləcəyini vurğulayırlar.