Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır. Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır. Məhz bu hala tibdə "Yuxu iflici” deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil. Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibdə də araşdırılıb. Düzdür, səbəbi dəqiq deyil və müalicəsi də yoxdur.
"Yuxu iflici”nin müalicəsi yoxdur
01:42 02.03.2021
Sağlamlıq
893
Ta qədimdən bu sindrom hələ də araşdırılır
"Bəzi nevroloji xəstəliklər də yuxu iflicinə səbəb olur"
Bəzən yaşadıqlarımızı doğmalarımıza belə deməyib, onları sirr kimi saxlayırıq. Təsəvvür edin, rahat yatmısız, gecə yarı qəfildən oyanırsız və hiss edirsiz ki, bədəninizin heç bir üzvünü, heç barmaqlarınızı belə tərpədə bilmirsiz. Qaranlıq, səssizlik, yanınızda yatan varsa, o da bundan xəbərsiz. Bu zaman sizə elə gəlir ki, sinənizin üstündə və ya yanınızda, böyrü üstə yatmısızsa, kürəyinizin arxasında qəribə bir varlıq dayanıb. Onun nəfəsini aydın hiss edirsiz. Qorxudan qışqırıb köməyə çağırmaq istəyirsiz, amma nə qədər güc gəlsəz də səsiniz çıxmır.
Boğazınız da iflicdir. Siz həm varsız, həm də yox. Elə bilirsən öləcəksən. Sondur. Ya da bu dəqiqə qorxulu varlıq səni boğacaq. Təslim olursan və ... 1 dəqiqə sonra ayaq barmaqlarından başlayaraq bədənin hərəkətə gəldiyini hiss edirsən. Getdikcə bütün bədənin açılır. Çox adam sonradan yatır, çoxu isə gözünü qaranlığa dikib qalır və bir neçə gün bu qorxunun təsirindən çıxmır. Məhz bu hala tibdə "Yuxu iflici” deyilir və insan sağlamlığı üçün həyati təhlükəli deyil. Qədimdən loğmanların, din xadimlərinin də diqqətində olan bu sindrom tibdə də araşdırılıb. Düzdür, səbəbi dəqiq deyil və müalicəsi də yoxdur.
"Şərq" tibbi izahı olan bu sindromu araşdırıb, həkim açıqlaması əldə edib. Həkim-nevroloq Pərviz Axundov açıqlamasında bildirib ki, yuxu zamanı iki faza müşahidə edilir - NREM (en. non-rapid eye movement) və REM (en. rapid eye movement). Həkimin sözlərinə görə, bu fazalar göz hərəkətlərinə görə bölünür:
“REM zamanı sürətli göz hərəkətləri müşahidə edilir. Hər iki fazanın davam etmə sikli təxmini 90 dəqiqə davam edir və səhərə qədər bir neçə dəfə bu təkrarlanır. Gecənin dərin saatlarında NREM üstünlük, səhərə yaxın saatlarda isə REM fazası üstünlük təşkil edir. REM fazası zamanı bədənin əzələləri bəzi istisnalarla hərəkətsiz vəziyyət alır, bu faza bitmədən insan oyanarsa, şüur oyanıq olsa da, insan danışa və hərəkət edə bilməz”.
P.Axundov əlavə edib ki, bu vəziyyət genetik ola bilər: “Bəzən bipolyar pozuntusu olanlarda rast gəlinə bilər, bəzən də bəzi dərman maddələrinin, narkotiklərin təsirindən ola bilər”.
Həkim qeyd edib ki, bəzi nevroloji xəstəliklər də yuxu iflicinə səbəb olur:
“Əgər bu hal baş verirsə, elə hərəkətsiz qalın. Əgər güclə hərəkət etməyə cəhd etsəz, bu, bədənə və beyinə təsiri artırıb, neqativ hisslər verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual