Fuad Abbasovdan Rusiya ermənilərinin rəhbərlərinə AĞIR İTTİHAM


"Həbsimin və deportasiya edilməyimin başında Rusiya ermənilərinin rəhbərləri dayanır".
APA -nın xəbərinə görə, bunu jurnalist Fuad Abbasov bu gün təşkil etdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, hüquqlarının pozulmasına görə vəkili tərəfindən Rusiyada aidiyyəti məhkəməyə müraciət olunub: "Bununla bərabər, qadağa aradan qalxsa belə, mənim Rusiyaya qayıtmaq niyyətim yoxdur".
F. Abbasov baş verənlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciət edəcəyini bəyan edib.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.