Robert Müller: Araşdırmamız Trampa bəraət qazandırmayıb
01:01 25.07.2019
Siyasət
694
Sabiq xüsusi prokuror Robert Müller konqres qarşısında bəyan edib ki, onun Rusiyanın 2016-cı il BŞ seçkilərinə müdaxiləsi üzərində apardığı təhqiqat Prezident Donald Trampa bəraət qazandırmayıb. Söhbət Trampın təhqiqatı əngəlləməsi barədə iddiaların sübuta yetirilib-yetirilməməsindən gedir.
Nümayəndələr Palatasının ədliyyə komitəsinin rəhbəri Cerrold Nadlerin "Siz prezidentə tamamilə bəraət qazandırdınızmı?" sualına sabiq xüsusi prokuror Robert Müller "Xeyr" deyə cavab verib.
Eyni zamanda sabiq xüsusi prokuror izah edib ki, iqtidarda olan prezindetə qarşı cinayət ittihamı irəli sürülmnəsinə dair uzun müddətdir ki, qüvvədə olan Ədliyyə Departamenti qaydası Donald Trampa qarşı cinayət işi açılmasına imkan vermir.
Müller qeyd edib ki, onun komandası il boyu Trampdan üzbəüz ifadə almağa çalışsa da, prezident yalnız bəzi suallara yazılı şəkildə cavab verib.
ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müller çərşənbə günü Vaşinqtonda Konqres qarşısında Rusiyanın 2016-ci il Donald Тrаmpın xeyrinə prezident seçkilərinə müdaxiləsi və Траmpın prezident kimi xüsusi prokurorun təhqiqatına mane olmaq məqsədilə ədalət mühakiməsinin qarşısını almağa çalışıb-çalışmadığı ilə bağlı ifadə verib.
Dinləmə zamanı Müller həm Demokrat həm də Respublikaçı qanunvercirlərin çoxsaylı sualları ilə üzləşib.
Respublikaçı konqresmen Ken Bak Müllerdən soruşub:
"Əgər siz inanırsınızsa ki, o təhqiqatın gedişatına mane olub, ofisi tərk etdikdən sonra ona qarşı ittiham irəli sürülə bilərmi?
"Bəli" deyə Müller sualı cavablandırıb.
Müllerin öncə açıqladığı 448 səhifəlik hesabatında Тrаmpın üç il bundan əvvəl onun kampaniya müşavirlərinin Rusiya agentləri ilə çoxsaylı təmaslarına baxmayaraq, Moskva ilə əlbir olmadığı haqda nəticə çıxarmışdı.
Xüsusi prokuror Müller Тrаmpın ədalət mühakiməsinə mane olub-olmadığı haqda nəticə çıxarmayaraq qeyd edib ki, əgər prezident cinayət törətməsəydi, onun komandası bunu hesabatda göstərmiş olardı.
Müllerin Konqres qarşısında ifadəsini şərh edən prezident Тrаmp dinləməni təşkil etdiklərinə görə Demokratlara təşəkkürünü bildirib. O, dinləmələrə sədrlik edən Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin Demokrat rəhbəri Adam Şiffi ölkə üçün "rüsvayçılıq" adlandırıb.
Dinləmədə çıxış edən Konqresmen Şiff prezident Trampı Amerikaya "qeyri-loyal" olmaqda ittiham edib.
ABŞ prezidenti təkidlə bildirib ki, dinləmələr böyük vaxt itkisidir və ruslarla əlbir olmaq, ya da Müllerin təhqiqatına mane olmaq məsələlərində ona bəraət verilib. (amerikanın səsi)Trampın bəzi Demokrat əleyhdarları onun seçki kampaniyası dönəmindəki davranışını sərt tənqid edib və prezidentin Rusiya ilə təmaslarının dərindən araşdırlmasına çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AMB yenilənmiş 3 qəpiklikləri tədavülə buraxıb
11:13 23.12.2024
İqtisadiyyat
İlham Əliyev Roma Papasına məktub ünvanlayıb
11:07 23.12.2024
Siyasət
Putin xarici səfərlərə hazırlaşır - Peskov
11:00 23.12.2024
Dünya
NİİM bayram ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edib
10:54 23.12.2024
Cəmiyyət
Azərbaycanla danışıqlarda səhv etdim - Paşinyan
10:48 23.12.2024
Siyasət
Sülh sazişinin gizlədilən hissəsi... - Sensasion iddia
10:42 23.12.2024
Hadisə
Azərbaycan Din Xadimlərinin Forumu başladı
10:28 23.12.2024
Gündəm
Suriya hava məkanını İran təyyarələri üçün bağladı
10:21 23.12.2024
Dünya
İstanbul sahillərində dəniz minası tapıldı
10:14 23.12.2024
Dünya
Bu ərazilərdə işıq olmayacaq
10:07 23.12.2024
Cəmiyyət
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
10:00 23.12.2024
İqtisadiyyat
Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək
09:46 23.12.2024
Sosial
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb - YENİLƏNİB
09:39 23.12.2024
Hadisə
Ağstafada 39 yaşlı kişi dəm qazından boğularaq ölüb
09:31 23.12.2024
Hadisə
Bu həftə 7 gün iş olacaq
09:24 23.12.2024
Dünya
Daha 51 ailə Şuşa şəhərinə yola salındı
09:16 23.12.2024
Sosial
Ceyhun Bayramov Serbiyaya gedib
09:09 23.12.2024
Siyasət
Daun sindromu üçün yeni dərman icad edildi
08:41 23.12.2024
Sağlamlıq
Fransanın gələcək hökumətinin yeni tərkibi bu tarixdə açıqlanacaq
07:29 23.12.2024
Dünya
Hemoqlobin üçün ideal dieta budur
05:32 23.12.2024
Sağlamlıq
Həftəlik 7 - 8 yumurta istehlakı normaldır
03:50 23.12.2024
Sağlamlıq
Afrika XXI əsrin ortalarında ən gənc qitə olacaq
02:49 23.12.2024
Dünya
Moskvaya səfərim Zelenskiyə cavab idi - Slovakiyanın Baş naziri
02:27 23.12.2024
Dünya