“Ermənistanın baş naziri Nikol Paşinyan hələ də mitinq, küçə eyforiyası və düşüncəsi ilə hərəkət edərək siyasət və dövlət adamı olduğunu anlaya bilmir. Hər zaman bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verən baş nazir tamamilə özünü itirib”. Bu sözləri Sherg.az-a Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son vaxtlar verdiyi sərsəm açıqlamalara münasibətində millət vəkili Flora Qasımova səsləndirib. Xanım deputat vurğulayıb ki, Paşinyan pafoslu, reallıqdan uzaq vədlərlə hakimiyyətə yiyələndiyi Ermənistanda əhaliyə verdiyi vədləri yerinə yetirə bilmədikcə ağılsız bəyanatlar verməyə məcbur olur:
"Düşdüyü vəziyyətdən çıxmaq, itirdiyi nüfuzunu bərpa etmək üçün özündən əvvəlki Ermənistan rəhbərlərinin - koçaryanların, sarkisyanların belə ağlına gəlməyən ən avantürist bəyanatları səsləndirir və həm özünü, həm də ölkəsini uçuruma doğru aparır. Onun “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları münaqişənin sülh yolu ilə həlli prosesinə maneə yaradır. Gah deyir ki, münaqişənin Ermənistana aidiyyəti yoxdur, bu problem Azərbaycanla Qarabağ erməniləri arasındadır, gah deyir ki, format dəyişikliyi olmalıdır, Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir. Gah da deyir ki, Qarabağ Ermənistanındır, Ermənistana birləşdirilməlidir və sair. Çox təəssüf ki, Paşinyanın bu cür təxribatçı bəyanatları və addımları ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qulaqardına vurulur. Bütün bunlar təbii ki, işğaldan əziyyət çəkən Azərbaycan xalqında haqlı olaraq ciddi narazılıqlar yaradır".
F.Qasımova qeyd edib ki, Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçı, təxribatçı siyasətinə son qoyulmasını, Minsk Qrupunun həmsədrlərinin sözdən işə keçərək Ermənistanın sülhə məcbur edilməsini bir tələb kimi qarşıya qoyur:
"Biz haqqımızı tələb edirik. Heç kəsdən heç nə istəmirik. Dünya ictimaiyyəti, xüsusilə beynəlxalq təşkilatlar Ermənistana öz yerini göstərməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edilməlidir".
Həmsədrlər hərəkətə keçməlidir: Minsk Qrupu Paşinyanın açıqlamalarını qulaqardına vurmamalıdır
16:01 31.08.2019
Siyasət
500
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezidentin ad günündə ailə - Fotosu
20:43 24.12.2024
Gündəm
Gürcüstanda bir həftəlik tətil elan edildi
20:36 24.12.2024
Dünya
“Hizbullah” liderinin dəfn yeri MƏLUM OLDU
20:23 24.12.2024
Dünya
İmişlidə şəhid ailələri yaşayan kənddaxili yollar asfaltlanıb
20:16 24.12.2024
Cəmiyyət
Fərqanə Qasımovanı aldadıb 400 manatını aldılar
20:09 24.12.2024
Şou
Bayden Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
20:02 24.12.2024
Siyasət
İraq Prezidenti İlham Əliyevə zəng etdi
19:55 24.12.2024
Gündəm
Türkiyə Suriya ilə Şərqi Aralığı bölüşdürür
19:47 24.12.2024
Dünya
İrakli Kobaxidze Prezident İlham Əliyevə zəng edib
19:41 24.12.2024
Gündəm
Nəriman Axundzadə ən yaxşı gənc vingerlər arasında
19:36 24.12.2024
İdman
Təkcə Qrenlandiya deyil - Tramp başqa bir bölgəyə də iddia edir
19:08 24.12.2024
Gündəm
Əsrə bərabər 21 il... - TƏHLİL
19:01 24.12.2024
Gündəm
Qusman Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
18:55 24.12.2024
Siyasət
Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:48 24.12.2024
Gündəm
Ukrayna Dünya Bankından 1 milyard dollar alıb
18:42 24.12.2024
Gündəm
Doğuşdan sonra əkiz körpələr vəfat etdi
18:36 24.12.2024
Hadisə
Husilər İsrailə raket zərbələri endirib
18:30 24.12.2024
Dünya
Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə olub
18:25 24.12.2024
Siyasət
İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib
18:19 24.12.2024
Cəmiyyət
Dekabr ayının pensiya ödənişi yekunlaşıb
18:15 24.12.2024
Sosial
İlham Əliyev gələn il üçün ehtiyac meyarının həddini təsdiqləyib
17:58 24.12.2024
Gündəm