Millət vəkili Davudoğluna sərt sözlər dedi: "Sadiq halı budursa..."

AKP-nin İzmir millət vəkili Alpay Özalan keçmiş baş nazir Əhməd Davudoğlunu sərt şəkildə tənqid edib.

Bu barədə Türkiyə mətbuatı yazıb. Millət vəkili Əhməd Davudoğlunun keçmiş çıxışlarından birində işlətdiyi “Verdiyim sözə sadiqəm, prezident əleyhinə bir sözümü eşitməyəcəksiniz” ifadəsini xatırladaraq, “sadiq halı budursa, sadiq olmadığı halı necədir görəsən?” sualını ünvanlayıb.
“Dünən nə olursa olsun, mən verdiyim sözə sadiqəm, prezidentimizə vəfamı son ana qədər davam etdirəcəyəm deyən Əhməd Davudoğlu, bu gün siyasi təhdidlər səsləndirir. Verdiyi sözə sadiq halı budursa, görəsən sadiq olmayan halı necə olardı?”, - Özalan bildirib.