Balasanyan: "Paşinyan hakimiyyəti işğal edib" 


Qondarma Qarabağ rejiminin Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Vitali Balasanyan Ermənistan Baş naziri Nikol Paşinyanı tənqid edib.

Balasanyan Paşinyanı 2018-ci ildə hakimiyyət və parlamenti işğal etməkdə ittiham edib. Bununla bərabər o, 2018-ci il parlament seçksini də qanunsuz adlandırıb. O, Paşinyanın bütün fəaliyyətlərinə görə cinayət məsuliyyətinə cəlb edilməli olduğunu söyləyib.

Balasanyan həmçinin qondarma rejimdə baş tutacaq seçkidə saxtakarlıqlara yol veriləcəyini deyib.