PA rəsmisi: "Azərbaycan xalqı hələ də əziyyət çəkir" 


XXI əsrdə Azərbaycan xalqı hələ də Ermənistanın yürütdüyü işğal siyasətindən əziyyət çəkir.

Bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Tvitter səhifəsində yazıb.

"01.09.1939 - tarixin ən qanlı müharibəsi olan II Dünya müharibəsi başlayıb. XXI əsrdə Azərbaycan xalqı Ermənistanın yürütdüyü, bu yaxınlarda baş nazir səviyyəsində bir daha təsdiq edilən, II Dünya müharibəsinə xas olan işğal, anneksiya, anşlüs kimi siyasətdən və təfəkkürdən əziyyət çəkir", - Hacıyev bildirib.