Putinlə Ərdoğanın razılaşması pozulmayıb - Lavrov


Rusiya və Türkiyənin İdlib vilayəti ilə bağlı razılaşması qorunub saxlanılır, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan onların icrası üçün konkret addımlar razılaşdırıblar.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Moskva. Kreml. Putin” verilişində çıxışı zamanı deyib.

“Putin Ərdoğanla mətbuat konfransında dedi ki, bu razılaşmalar qorunacaq. Rusiya və Türkiyə prezidentləri onların icrası üçün konkret addımlar razılaşdırıblar”, – deyə o bildirib.