Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.
APA -nın TASS-a istinadən verdiyi məlumata görə, səfər zamanı Azərbaycanla Rusiya arasında təhlükəzilik məsələlərinə dair məsləhətləşmələr aparılacaq.
"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.
Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və iki ölkənin bir sıra nazirlik və qurumlarının nümayəndələri ilə təhlükəsizliyə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq", - Rusiya Təhlükəzilik Şurasının press-relizində bildirilir.