Prezident İlham Əliyev Şəmsəddin Hüseynqulu oğlu Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
AZƏRTAC-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyevin digər sərəncam ilə Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.