Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir:
Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilsin.
Qeyd edək ki, buna qədər S.Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri idi.