“Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir”.
Lent.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
S.Nuriyev ona göstərilən bu yüksək etimada görə Prezidentə öz dərin minnətdarlığını bildirib:
“Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.