“Yüzminlərlə insanın küçələrə çıxacağı anons edilirdi. Əli Kərimli sosial şəbəkələrdə səhər-axşam insanları aksiyaya çağırırdı. Amma nəticə nə oldu? Cəmiyyət piket, mitinq çağırışları edənlərin səsinə səs verməməklə əslində öz mövqeyini ifadə etmiş oldu. Bir daha aydın oldu ki, Azərbaycan xalqı İlham Əliyev iqtidarına qarşı, bəzilərinin iddia etdiyi kimi, etiraz ruhunda köklənməyib, əksinə, mövcud siyasi sistemi dəstəkləyir, ölkədəki sabitiliyin pozulmasını istəmir”.
Sherg.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov deyib.
R.Əhmədov bildirib ki, tərəfdarlarının olmadığını dərk etdiklərindən mitinqi təxirə salıblar: “İnsanlar anladılar ki, Əli Kərimli başqalarının taleyi ilə oynayır, qarışıqlıq yaradaraq təxribatlar törətmək istəyir.
YAP yetkilisi vurğulayıb ki, Əli Kərimlinin planı həmişə qarşıdurma yaratmaq olub:
"Lakin polislərin yüksək peşəkarlıq nümayiş etdirməsi nəticəsidə 19 oktyabr aksiyaya cəhdlərində hansısa insident yaşanmadı. Aksiyalara vətəndaşların dəstək verməməsi cəmiyyətdə mitinq-piket əhval-ruhiyyəsinin olmadığının göstəricisidir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti, vətəndaşlarımız mitinq-piket tərəfdarı deyil. Xalqımız ölkəmizdə qarışıqlıq yaratmaq, sabitliyi pozmaq istəyən qrupları dəstəkləmir. “Xalq mitinq istəyir” deyənlər də anladılar ki, xalqın mövqeyi onların istək və arzularına tərs mütənasibdir. Azərbaycan cəmiyyəti kimin xain və oyunbaz, kimin xalqın adamı olduğunu çox yaxşı bilir. Ona görə də xalq radikalların çağırışlarına heç vaxt dəstək verməyib və bundan sonra da verməyəcək! Bunu dərk edən Milli Şura qanunsuz mitinq cəhdindən vaz keçdi".