Ermənistanın Los Anceles Konsulluğu CBS televiziyasına “SEAL Tim” serialı ilə bağlı müraciə edib.
Kult.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, konsulluq CBS televiziyasının rəhbəri ilə görüşmək istəyib.
Qeyd edək ki, “SEAL Tim” serialında ABŞ xüsusi təyinatlılarının ermənilərə qarşı Azərbaycana yardıma gəldiyi əks olunub. Serialda həmçinin Azərbaycan ABŞ-ın Xəzər dənizindəki yeganə müttəfiqi adlandırılıb.