Milli Məclisə növbədənkənar seçkilərdə deputat seçilən Erkin Qədirli parlamentin iki komitəsinin üzvü olacaq.
"Sherg.az"ın məlumatına görə, bu barədə Erkin Qədirli özünün “Facebook” hesabında bildirib.
O bildirib ki, bu gün Milli Məclisin Aparatında olub, deputat nişanını və rəsmi blankları alıb.
“Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər”,- deyə Erkin Qədirli əlavə edib.
Onun sözlərinə görə, Milli Məclisin iki komitəsinə yazılıb.
“Əsas komitəm Hüquq siyasəti və dövlət quruculuğudur. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə də üzv yazıldım”,- deyə o əlavə edib.
Qeyd edək ki, Erkin Qədirli fevralın 9-da keçirilən seçkilərdə 16 Yasamal İkinci Seçki Dairəsindən deputat seçilib.