Putinin görüşlərdən əvvəl gözlətdiyi dünya liderləri - SİYAHI


Rusiya Prezidenti Vladimir Putinin 2003-cü ildən indiyə qədər görüşdən əvvəl gözlətdiyi dünya liderlərinin statistikası açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, Rusiya başçısı ən çox Almaniyanın kansleri Angela Merkeli gözlədib.

Merkel 2014-cü ildə Putini 4 dəqiqə 15 saniyə gözləyib.

Növbəti sırada 2012-ci ildə 4 dəqiqə gözlədilən Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçdir.

Rusiya liderinin gözlətdiyi üçüncü şəxs isə 2009-cu ildə Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko olub.

Putinin gözlətdiyi digər liderlər aşağıdakı kimi sıralanır:

2013-cü il. Belarusun Prezidenti Aleksandr Lukaşenka - 3 dəqiqə.

2016-cı il. Yaponiyanın Baş naziri Şinzo Abe - 3 dəqiqə.

2014-cu il. Monqolustanın Prezidenti Tsakia Elbeqdorj - 2 dəqiqə.

Qeyd edək ki, Rusiya lideri 2003-cü ildə 14 saniyə Böyük Britaniyanın kraliçası II Yelizavetanı, 2018-ci ildə isə 45 saniyə ABŞ Prezidenti Donald Trampı da gözlədib.