Paşinyanın imicinə ömürlük zərbə... –Baş nazir rəzil durumda  

“Gənc qızın Ermənistanın siyasi liderini gülünc vəziyyətə salması ona qarşı münasibətdən xəbər verir”




Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçiriləcək referendumla bağlı metroda bukletlər paylayıb. Bu zaman bir qız onun verdiyi bukleti cıraraq üzünə çırpıb. Əlbəttə, dünyanın istənilən ölkəsində baş nazirə qarşı belə hərəkət təhqir kimi qəbul olunur. Doğrudan da, Paşinyan gülünc vəziyyətə düşməsi ilə təkcə biabır olmadı, həm də təhqir edildi.

Məsələ ilə bağlı “Sherg.az”a  danışan politoloq Qabil Hüseynli də deyir ki, ölkənin siyasi liderinin belə gülünc vəziyyətə düşməsi ona qarşı münasibətdən xəbər verir: 



“Ermənistan parlementli üsul-idarəyə malikdir. Bu, o deməkdir ki, baş nazir prezident qədər geniş səlahiyyətə malikdir. Belə bir halda Paşinyanın seçki kampaniyası üçün metroya düşüb buklet paylamasımım özü biabırçılıqdır. Ermənistanda bunu yeni siyasi texnologiya kimi qiymətləndirirlər. Ancaq bu, düşüklükdən başqa bir  şey deyil. Həmin sərnişin çox doğru hərəkət etdi. Paşinyan bunu çətin ki, unuda. Gənc bir qız özünə siyasi lider deyən baş nazirin imicinə ömürlük zərbə vurdu”. 

 Ermənistan Müdafiə Nazirinin mətbuat katibi  Arsrun Ovannisyanın istefasına gəlincə, Q.Hüseynli vurğulayıb ki, bu proses çoxdan olmalı idi: 

“Paşinyan yeni müdafiə naziri təyin edib. Nazirlikdəki heyəti dəyişib. Ola bilsin, Ovannisyan əvvəki müdafiə nazirinin dövründən qalan kadr idi deyə onu istefaya məcbur ediblər”.