“Zirvə görüşü göstərdi ki, Azərbaycanın Qoşulmama Hərəkatəna sədrlik etməsi formal deyil. Biz bir daha liderlik nümayiş etdirdik”
Bu sözləri “Sherg.az”a Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü barədə danışarkən millət vəkili Asim Mollazadə deyib. O, bildirib ki, indiki şəraitdə tərəfdaşlıq ən mühüm məqamdır:
“Azərbaycan 120 ölkəni əməkdaşlığa çağırdı. İndi biz pandemiyaya qarşı birgə mübarizə aparıb, çıxış yollarını axtarmağa çalışacağıq. Bu, mühüm məqamdır. İkinci bir tərəfdən isə Azərbaycan öz təcrübəsini digər iştirakçı dövlətlərlə də bölüşdü. İnsan amilinin ən vacib faktor olduğu bəyan edildi. Bundan sonra digər iştirakçı dövlətlər də bizdən nümunə alacaqlar”.