"Azərbaycan multilateralizm prinsipinə uyğun hərəkət etdi. Bu prinsipə görə mövcud imkanlardan bütün dövlətlər yararlanmalıdır, bir neçəsi yox".
Bunu Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü barədə “Sherg.az”a fikir bildirərkən millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev deyib.
O, bildirib ki, Zirvə görüşü bütün iştirakçı dövlətlərin xeyrinə oldu:
"Videokonfransda 120 ölkə iştirak edirdi. Həmin hökumət başçılarının hər biri dövlətimizin bu addımını yüksək qiymətləndirdilər. Azərbaycanın bu xoşməramlı təşəbbüsü bütün dünyada müzakirə olundu, təqdir edildi. Mən cəsarətlə dəyə bilərəm ki, Zirvə görüşü beynəlxalq aləmdə rezonans yaratdı".
Rüfət Quliyev: “Cəsarətlə dəyə bilərəm ki, Zirvə görüşü beynəlxalq aləmdə rezonans yaratdı" |
R. Quliyev Azərbaycanın öz üzərinə çox böyük məsuliyyət götürdüyünü də vurğulayıb:
"Ən güclü dünya dövlətləri koronavirusla tək mübarizə aparmağa çalışır, ancaq özlərini düşünürlər. Bu, effekt verməz. İndiki şəraitdə yeganə çıxış yolu birlik göstərmək, gücləri birləşdirməkdir. Ölkəmiz həmrəylik nümunəsi ortaya qoydu. Hamı bizim gücümüzə, uzaqgörənliyimizə həsəd apara bilər".