Ermənistanın və separatçı rejimin Avropadakı fəaliyyətinə ciddi zərbə... - Fakt

Almaniyada  rəsmi qeydiyatı olan “European Center for Arzakh Studies”-nin fəaliyyəti qadağan edilib

“İğal altında olan ərazilərimizə turizm və mədəni əlaqələrin təşviq adı altında qondarma rejimin ictimai lobbiçiliyi həyata keçirilirmiş”


Almaniyada  qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların fəaliyyəti qadağan edilib.
 Bu qərarın işğalçı Ermənistanın və separatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurduğunu  deyən politoloq
Yeganə Hacıyeva sözügedən qurumla bağlı  “Sherg.az”a maraqlı foto- fakt təqdim edib.

Sözügedən şəkili 2018 ci ildə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu İllik konfransında çəkdiyini xatırladan Y. Hacıyeva deyib ki,  şəkili çəkməkdə məqsədi özündən sağda başını aşağı salıb üzünü gizlətməyə çalışan adamın üzünü çəkmək olub: "ATƏT DTİHB-in konfransında  iki  ( hökümət nümayəndəsi və qht rəhbəri kimi) vəsiqəsi olan, zalda  Almaniyada rəsmi qeydiyatı olan “European Center for Arzakh Studies" qeyri-hökumət təşkilatının rəhbəri kimi çıxış edən, kuluarlarda Ermənistan hökumət nümayəndəsi  badjini gəzdirən bu şəxs şəkilini çəkdiyimə görə  məni konfransın təhlükəsizliyi staffına şikayət  etmişdi. 



Təhlükəsizlik rəisi yaxınlaşıb fotonu silməyi xahiş etdi, mən də onların yanında sildim, lakin sonra bərpa etdim. 

Bir gün öncə bu şəxsin  “Arsax”ın müstəqil olması, Dağlıq Qarabağın ermənistan ordusu tərəfindən işğal deyil, arsax erməni milli azadlıq hərəkatının hərbi qüvvələri tərəfindən “azad” edilməsi, Azərbaycanın Dağlıq Qarabağı "blokadaya alması" , orda yaşayanların "insan haqqlarının pozulması" , beynəlxalq təşkilatların Azərbaycanın maliyyəsi önündə buna göz yumması və s.kimi absurd dolu iki nağıl çıxışı olub. Hansı ki o  ilk dəfə diqqətimi məhz çıxışlarını Paşinyan hökumətinin israr etdiyi absurdlar üzərindən qurmasına görə çəkmişdi.

Sonra, çıxış üçün  qeydiyyat sırasında  apardığı təbliğatdan mənə aydın oldu ki, adam işğal altında olan ərazilərə turizm və mədəni əlaqələrin təşviq adı altında qondarma rejimin ictimai lobbiçiliyini aparmaq üçün Ermənistan xüsusi xidmət orqanlarının Avropaya miqrant qismində yerləşdirdiyi “legioner”lərdən biridir. Almaniyaya yerləşən bu legioner-miqrant isə konfransda  missiyasına uyğun qondarma quruma daha çox xarici qonaq qismində  rəsmi şəxs cəlb etməklə məşğuldur.

Bu günlərdə isə Almaniya hökümətinin “European Center for Arzakh Studies”-n rəsmi qeydiyyatını ləğv etdiyini öyrəndim.  Çox xoşbəxtəm,  çünki belə kiçik qələbələr bizi böyük qələbəmizə yaxınlaşdırır...".