"Bayden "silahı" atdı və bitdi" - Millət vəkili 

"Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur"

"ABŞ prezidentinin  soyqırımı ifadəsinini işlətməsi tarixin təhrif olunması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu deyib. 

Deputat vurğulayıb ki, əslində 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlar qarşı soyqırımı törədiblər:



"1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər. Nəhayət 1992-ci ildə  bütün dünyanın gözü önündə Xocalı soyqırımını törədiblər. Əgər Co Bayden "soyqırımı" ifadəsi işlətmək istəyirsə,  birinci ermənilərin azərbacanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin! Məsələnin kökünə gəldikdə isə Co Baydenin ,,soyqırımı,, ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı var. Sadəcə ildə bir dəfə  siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu "silahı" atdı və bitdi. Yəni ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur. 1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalrına əsla uyğun deyil".

Parlament üzvü qeyd edib ki, Bayden "soyqırımı", silahını ermənilərin də əlindən aldı: 

"Ən təhlükəli fikir isə Baydenin "Biz bunu kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik ifadəsidir. Bu fikrin sətiraltı məzmunu, Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etməkdir. Həm də regionda 6 tərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək  və Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaqdır".