"Ermənilər təxribatların nəylə nəticələndiyini unudublar" - Partiya funkusioneri 

"Ermənilərin dövlət sərhəddində son təxribatı bu ölkənin sülhdən kənar olmasının növbəti təsdiqidir". 

Bunu "Sherg.az"a açıqlamasında VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. 

Partiya rəsmisi vurğulayıb ki, ermənilər atəşkəs pozuntularının və təxribatların nəylə nəticələndiyini unudublar: 

"Əgər elədirsə, yenidən başlarında Dəmir Yumruq zərbəsi hiss edə bilərlər. Azərbaycan öz imzasına və bölgədə sabitliyə tam sadiqdir. Amma müharibə istəyənlər üçün də cavabımızı 44 günlük savaşda dünyaya göstərmişik. Bu olayda təəssüf doğuran digər bir məqam rus sülhməramlılarının mövqeyidir. Necə yəni erməni əsgərlər "içkili" olub?! İndi bu işğalçı, vandal ordunun nümayəndələri hər dəfə "içkili" olacaq və biz bunu səbrlə qarşılayacaq? Belə getməz. Azərbaycanın mövqeyi qətidir və biz öz ərazi bütövlüyümüzü, dövlət maraqlarımızı qəbul etdirmək gücündəyik. Belə təxribatlarla nəyəsə nail olunacağını düşünmək sərxoş təxəyyülün məhsuludur".