Şuşada imzalanacaq müqavilələr: "Birgə Hərbi Tədris və Təlim Mərkəzlərinin açılması..."

"Prezidentlərin Şuşada baş tutacaq Azərbaycan-Türkiyə görüşü bölgəmizdə yerləşən ölkələrə, güc mərkəzlərinə ciddi bir mesajdır". 
"Sherg.az"ın xəbərində görə bunu sosial şəbəkədə REAL partiyasının sədr müavini Natiq Cəfərli yazıb. 
Analitik bildirib ki, Şuşada imzalanacaq müqavilələr arasında əsas sənəd birgə Hərbi Tədris və Təlim Mərkəzlərinin açılması olsa, bu çox vacib addım ola bilər: 


"Ordumuzun yeni, Türkiyə ordusu standartlarına uyğun peşəkar səviyyəyə qalxması gələcək təhlükələrdən sığortalanmaq üçün vacib şərtlərdən biridir. 
Biz bölgədə sülh istəyirik, dayanıqlı sülh isə ancaq güclü, peşəkar ordu ilə təmin edilə bilər".