Bədənin səssiz dili qədər önəmlidir memlərlə idarə etmək.
Memlər müharibəsində bəlkə də Azərbaycan tərəfinin ilk uğurlu beyin fırtınası idi ki, 44 günlük qalibiyyətin adını - memi "Dəmir, "Polad" yumruq" adlandırmışdılar.
1. Dəmir və polad zərbə idi, polad kimi möhkəm idi, qalibiyyət üçün nəticə idi və mərhələ idi.
2. Polad general idi, Həşimov idi, 14 iyula keçən gecə Bakını titrədən zəfər yürüşünün səbəbi idi, Polad Haşımov müharibənin simvolu idi.
10 noyabr günündən etibarən erməni cəmiyyəti ağır depresiyyaya düşdü. Müharibədə məğlub olmaq aktını torpaqların əldən çıxması və dənizlərarası Böyük Ermənistan ideologiyasının süqutuna verdikləri kütləvi, instiktiv reaksiya idi.
Seçkilərin axşamı sorosçuların memlərlə savaşmağı bacaran beyin qrupu Azərbaycan meminə qarşı uğurlu bir erməni memi ixtira edə bildilər - Paşinyana "Polad mandat" verildi.
Bu da onların dəmir məntiqlərinin nəticəsidir.
İndi isə artıq müharibə yoxdur, iqtisadi, siyasi və informativ mərhələ başlayıb.
Azərbaycanın növbəti meminin adını tapmalıyıq.
Nə təklif edirsiniz?
Əziz Əlibəyli