“Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırma üçün unikal şans yaranıb”.
Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov “TRT World”a müsahibəsində deyib.
“Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq”, - deyə C.Bayramov əlavə edib.
Nazir qeyd edib ki, bu proses Azərbaycan üçün də asan deyil, çünki hadisələrin hamısı yenidir.
“Bununla belə, Azərbaycan prezidenti münasibətlərin normallaşmasının vacib olduğunu bildirib. Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz bunu təklif edirik, Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”.