"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, fransızlar ən qısa zamanda Əfqanıstanı tərk etməlidirlər.
O əlavə edib ki, Fransa Əfqanıstanda son dərəcə narahatlıq doğuran hadisələri çox yaxından izləyir.