Ermənistan hərbi prokurorunun müavini Tiqran Ambaryan tutduğu vəzifədən istefa verib.Bu barədə Ermənistanın Baş Prokurorluğu bildirib. Onun istefasının səbəbi göstərilməyib.Bildirilib ki, Tiqran Ambaryan 2017-ci il iyulun 20-dən hərbi prokurorun müavini vəzifəsində işləyir.
İstefa barədə “Sherg.az”a danışan politoloq Mübariz Əhmədoğlunun fikrincə, bu tendensiyanın gələcəkdə bir az da artması istisna deyil: “Məlum olduğu kimi, keçmiş prezident, ruspərəst Robert Köçəryan Moskvada səfərdədir.
Bu, erməni cəmiyyətinə yeni mesajdır. Paşinyan üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməklə bağlı artıq öhdəlik götürüb.
Bundan sonra isə daxildə ona qarşı küskünlük yaranacaq. Vəzifəli şəxslər, o cümlədən Paşinyanın öz partiyasından olanlar “naz edib” müxalifət tərəfə keçə bilərlər”.