"ATƏT-in Minsk Qrupu həmsdərlərinin 27 illik fəaliyyətsizliyi, işğalçıya verdikləri dəstək bu bölgədə uzun müddət sülh və təhlükəsizliyə zərbə vurdu. Bu səbəbdən Azərbaycan Prezidenti bəyam edir ki, əslində 44 günlük savaşın başlamasında beynəlxalq birliyin məsuliyyəti Ermənistandan çoxdur. Çünki vaxtında Ermənistana qarşı cəza tədbirlərinin görülməməsi vəziyyətin kritik həddə çatmasına səbəb oldu. Bununla belə, yeni mərhələdə bu üçlük konstruktiv fəaliyyət göstərə bilər. Prezident İlham Əliyev də bəyan edib ki, biz vasitəçilərdən təkliflər gözləyirik.Təəssüf ki, müharibənin başa
çatmasından ötən 9 ay ərzində vasitəçilərin irəli sürdüyü bütün təklif və rəylər sülh prosesini pozmağa yönəlib".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Könül Nurullayeva bildirib. Xanım parlamentari qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfirinin “Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik” fikri bunu bir daha təsdiqləyir. Bu yanaşma postmüharibə dövründə də həmsədrlik institutunun yarıtmaz fəaliyyətinin davam etdiyini göstərir. Həmsədrlər başda olmaqla bütün beynəlxalq ictimaiyyət anlamalıdır ki, münaqişə artıq bitib və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan XİN-in məsələ ilə bağlı bəyanatında da vurğulandığı kimi, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz:
"Ali baş Komandan İlham Əliyevin də söylədiyi kimi, status gorbagor olub. Digər tərəfdən, Minsk Qrupu həmsədrləri indiki mərhələdə hansı gündəlikdən bəhs edir? Gündəlikdə bu gün 1 məsələ var - 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarının icrası. Vasitəçilər yeni mərhələdə bu razılaşmanın bəndlərinə əməl etməsi üçün Ermənistana təzyiq göstərməlidirlər. Bundan sonra artıq yekun sülh sazişi barəd düşünmək olar. Yəni, Minsk Qrupu öz gündəliyinə qondarma status məsələsini yox, 10 noyabr razılaşmasının icrasını daxil etməlidir. Otuz il ərzində guya bölgədə sülhün tərəfdarı olduqlarına dair görüntü yaradan həmsədrlər bu sülhü yaratmaq üçün heç bir səy göstərmədilər. Onların əsas məqsədi təslimçi sülhə nail olmaq idi. Təbii ki, Azərbaycan heç vaxt bununla barışa bilməzdi və barışmadı da. Biz eyni zamanda vasitəçilərin bu gün bölgədə yaranmış sülhü pozmaq cəhdlərini görürük. Halbuki regionda tərəflər arasında münasibətlərin normallaşması üçün tarixi imkan yaranıb. Belə bir vəziyyətdə ABŞ səfirinin vəziyyəti gərginləşdirmək cəhdləri həmsədrlik institutunun fəaliyyətinin yeni mərhələdə də konstruktiv xarakter daşımadığını söyləməyə əsas verir. Belə yarıtmaz fəaliyyət isə bölgədə əsas söz sahibi olan Azərbaycanı heç bir halda qane edə bilməz. Vasitəçilər də, onlara bel bağlayan Ermənistan da buna ümid edirsə, yanılır".