Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi “Twitter” hesabında paylaşılıb.
“Pakistanın Xayber-Paxtunxva əyalətində 20 nəfərin həlak olması xəbəri bizi kədərləndirdi. Musson yağışları və palçıq sürüşməsi nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd olunub.