Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti ilə görüşüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
MN: Ermənistanın Azərbaycan əsgərləri tərəfindən otlaqların yandırılması iddiası yalan və böhtandır - VİDEO
Qüdrət Həsənquliyev: “Bölgədə sülh yalnız Azərbaycan Prezidentinin ortaya qoyduğu konsepsiya əsasında mümkündür”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Baş Assambleyası çərçivəsində toplantılar təşkil edəcək
Görüşdə Fransa XİN-in Kontinental Avropa Departamentinin direktor müavini Silven Qiyoqe də iştirak edib.
Görüşdə Qarabağ nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri sentyabrın 6-da ATƏT-in Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.