“Bu ölkənin XİN başçısı əslində işğaldan azad olunmuş Azərbaycan ərazilərinə də gedə bilərdi”
"Şübhə etmirəm ki, Azərbaycan tərəfi ona bunu təklif edib. Amma O Ermənistana səfəri çərçivəsində Zəngəzura və Azərbaycanla şərti sərhədlərə getdi”
"Fransa Xarici işlər nazirinin Azərbaycan və Ermənistana səfəri, Xüsusən Ermənistanda görüşlər keçirərək Zəngəzura getməsi onu göstərir ki, rəsmi Paris tamamilə iki başlı oyun oynayır və regionda sülhə töhfə verə bilməsi real deyil".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gəlməsində danışarkən deyib
O bildirib ki, fransalı nazir əslində işğaldan azad olunmuş Azərbaycan ərazilərinə də gedə bilərdi:
"Şübhə etmirəm ki, Azərbaycan tərəfi ona bunu təklif edib. Amma O Ermənistana səfəri çərçivəsində Zəngəzura və Azərbaycanla şərti sərhədlərə getdi. Bu da Fransanın siyasətində hansısa dəyişikliyin olmaması deməkdir. Yəni rəsmi Paris hələ də qızışdırıcı və qərəzli mövqeyindən əl çəkməyib".
Analitik sözlərinə görə fransız nazirin Zəngəzura getməsi Ermənistana birbaşa dəstək vermək mənası daşıyır:
"O ümumiyyətlə belə səfərlər etməməli və neytral qalmalıdır. Amma real olaraq biz görürük ki, xanım nazirin şərti sərhəddə gəlməsi sülh prosesinə zərbədir. Rəsmi Parisin bu kimi davranışları Azərbaycan tərəfində ciddi şəkildə narahatlıq doğurur. Belə çıxır ki, xanım nazirin Bakıda verdiyi mesajlar sadəcə olaraq bizim üçün manipulyasiya imiş. Ümumiyyətlə Fransanın Azərbaycanla siyasətində müsbət dəyişikliklərin olmayacağını düşünürəm. Çünki onlar Ermənistanın yanındadırlar və dəstək verirlər".
Qeyd edək ki, İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gəlib. Burada xarici işlər naziri Kolonna Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub.