Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış edib

Bakıda səfərə olan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə və anti-imperialist mövqeləri ilə tanınan Pan-Afrikaçı siyasi fəal, jurnalist Kemi Seba Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm Siyasəti" mövzusunda keçirilən konfransda məruzə ilə çıxış edib.
APA-nın xəbərinə görə, məruzəsində Fransanın neokolonializm siyasəti barəsində geniş məlumat verən K.Seba rəsmi Parisin müstəmləkə şəraitində yaşayan xalqların nümayəndələrinə qarşı törətdiyi soyqırımı, urbisid və digər qanunazidd əməllərdən danışıb.

O bildirib ki, rəsmi Paris müstəmləkəsi altında olan xalqların nümayəndələrini insan hüquq və azadlıqlarından məhrum edib.

Bununla yanaşı o, rəsmi Parisin müxtəlif qanunazidd vasitələrlə müstəmləkə xalqlarına beynəlxalq hüququn digər subyektləri ilə münasibətlər qurmasına yaratdığı əngəllərdən bəhs edib.

K.Seba həmçinin beynəlxalq aləmi Fransanın kolonial siyasətinə qarşı təsirli tədbirlər görməsinin vacibliyini vurğulayıb.