Britaniya səfiri: Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olub

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.
APA xəbər verir ki, səfir bildirib ki, son 33 ildə Azərbaycan böyük inkişafa nail olub.

“1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini bərpa etdi. Son 33 ildə Azərbaycan bir dövlət kimi böyük inkişafa nail olmuşdur. Bu möhtəşəm bayram münasibətilə hamınızı təbrik edirəm!”, - diplomat qeyd edib.