
Xeyriyyəçilik ənənəsi: İndi modellərə, müğənnilərə, sosial şəbəkə fenomenlərinə pul yatırırlar
11:02 30.10.2024
Sosial
499
Müasir dünya nə qədər praqmatik, maddiləşmiş olsa da, mənəvi meyar və ideallar qətiyyən aktuallığını itirmir. Humanizm və insanpərvərliyə əsaslanan yüksək insani dəyərlər təsir gücünu qoruyub saxlayır. Mənəvi kamillik zirvəsinə ucalmış şəxsiyyətlər öz əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edir, mənalı ömür yolu ilə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı yanğısı ilə yanaşırlar. Azərbaycanda da tarixən Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Bəşir bəy Aşurbəyov, Cəmil bəy Şirinbəyli, Əhməd bəy Müqimov, Əjdər bəy Aşurbəyov və.s kimi xeyriyyəçilər olub. Onların yardımları sayəsində Azərbaycan cəmiyyətini təhsili, mədəniyyəti daim inkişaf edib. Hazırda da ölkəmizdə xeyli iş adamı və milyonçular var. Hətta onların sayı əvvəlkinə nisbətən artıb. Lakin xeyriyyəçilik əməlləri azalıb. Bəs bunun səbəbi nədir?
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, biz öz tariximizə baxanda görürük ki, bizim ziyalı insanlarımıza Bakı milyonçuları xeyli dəstək olub:

“Qəzet nəşrinə, qızların oxumasına, məktəblərin tikilməsinə, xaricdə təhsil almağa tələbə göndərirdilər və başqa maliyyələr yatırıblar. Əslində o maliyyəni başqa işə qoyub daha çox gəlir əldə edə biləcəkləri halda qazanc olmayan bir işə pul qoyurdular. Bunların hər birini xalqın ziyalı səviyyəsini artırmaq üçün edirdilər. İnsanları məcburən teatrlara aparırdılar ki, onlar mədəniləşsin, maariflənsin. İnsanlar operanın nə olduğunu bilmədiyi dövrdə xalqın ziyalıları milyonçuların dəstəyi ilə opera göstərirdilər. İndi o zəngin insanların sayı çoxalıb, lakin dəstək göstərənlərin sayı isə azalıb. Əvvəlki dövr ilə müqayisədə məktəb tikdirən, uşaq oxudan, mədəniyyətə elmə təhsilə kapital yatıran yoxdur. İndi isə modellərə, müğənnilərə, sosial şəbəkə fenomenlərinə pul yatırırlar. Pulu olan insanlar nəyi görmək istəyirsə, onlara pul yatırırlar. Xalqın savadlılıq səviyyəsi, uşaqların oxuyub oxumaması onları maraqlandırmır. Müğənniyə pul qoyanda o bunları doğruldur. Çünki pul əvəzinə reklam edir və bunların işini irəlilədir. Lakin bir uşağa təhsil bağışlayanda o bu gəliri əldə edə bilmir deyə maraqlı deyil. Xeyirxahlıq edirəm deyib özünə baxış sayı qazan insanları çox görürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya