Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biri oldu  - Zelenski

Bu günə olan məlumata görə, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli sıfıra enib. Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biri oldu.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyanatında bildirib.

O vurğulayıb ki, təqribən 25 il əvvəl Ukrayna ərazisindən Avropaya illik qaz nəqli 130 milyard kuba bərabər idi.

“Bu gün Rusiya qazının nəqli isə sıfırdır”, - Zelenski əlavə edib.

Prezident qeyd edib ki, Avropa ölkələrinin əksəriyyəti enerji transformasiyası ilə bağlı dəyişikliklərə uğurla uyğunlaşıb:

“Biz həqiqətən də Avropaya Amerika qazının tədarükünün artırılmasına ümid edirik, çünki Prezident Tramp artıq əməkdaşlıq haqqında danışıb və bazardakı tərəfdaşlardan gələn maksimum təkliflər qiymətləri daha da rahatlaşdıracaq”.

Qeyd edək ki, Ukrayna bu gündən Rusiya qazının Avropaya tranzitini dayandırıb.