Polşa qeyri-qanuni miqrasiyanı azaltmağı hədəfləyib

Polşa Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində Aİ-nin xarici sərhədlərindən qeyri-qanuni miqrasiyanı azaltmaq və onları geri qaytarma siyasətinin effektivliyini artırmaq istiqamətində ciddi iş aparacaq.

"Report" xəbər verir ki, bu barədə məlumat Polşanın Aİ Şurasına sədrliyi ilə əlaqədar fəaliyyət proqramında öz əksini tapıb.

Bildirilib ki, Polşa hibrid təhdidlərə və miqrasiyanın alətləşdirilməsinə qarşı uyğun Aİ reaksiyasının formalaşdırılması üçün çalışacaq:

“Bu məsələ yalnız miqrasiya təzyiqi kontekstindən qiymətləndirilməməlidir. İlk növbədə bütöv İttifaqın təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid kimi nəzərdən keçirilməlidir. Buna nəzər salmasaq, Şengen bölgəsinin düzgün fəaliyyətini təmin etmə problemləri ilə üzləşəcəyik”.