Rusiya NATO ilə müharibə edəcək? - PROQNOZ

Arktikada Rusiya və NATO silahlı qüvvələri arasında toqquşma Şimali Atlantika Alyansının xeyrinə bitməyəcək.

Teleqraf.com xəbər verir ki, bu proqnozu "The Sun" nəşri dərc edib.

Nəşrə danışan Müdafiə və Təhlükəsizlik məsələləri üzrə baş elmi işçi Minna Olander sitat Finlandiyanın Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlığına diqqət çəkib. Arktika bölgəsində minlərlə NATO əsgəri təlimlərdə iştirak etsə də, Olander onların real münaqişəyə hazır olduğuna inanmır.

Onun fikrincə, hətta ABŞ Ordusu da müvafiq ekspedisiya əməliyyatları aparmaq üçün lazımi bacarıqlara malik deyil.