Bələdiyyə seçkiləri ilə əlaqədar bülletenlərin çapına başlanılıb

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Seçkilərlə əlaqədar 6 052 721 ədəd bülleten çap olunacaq.
Sherg.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiya üzvləri və Katibliyin təmsilçiləri və media nümayəndələri ilə birlikdə yanvarın 11-də mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə yerində tanış olub.

MSK sədri seçki bülletenlərinin çapının qanunvericiliklə müəyyən edilən müddətdə və qaydada başa çatdırılmalı olduğunu, bütün proses boyunca Seçki Məcəlləsinin tələblərinə dəqiqliklə riayət edilməsinin vacibliyini qeyd edib.

M.Pənahov həmçinin seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına çatdırılması ilə bağlı tövsiyələrini də verib.