ABŞ Rusiyaya qarşı sanksiyaları yumşalda bilər, ƏGƏR...

Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılması və Kiyevin neytrallığı ilə bağlı məsələlər Ukrayna üzrə danışıqların tərkib hissəsi ola bilər.

APA xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində çıxış edərkən səsləndirib.

“Şərtlər yerinə yetirilərsə, sanksiyaların ləğvi danışıqların bir hissəsi ola bilər”, - Rubio vurğulayıb.