Almaniya kansleri Olaf Şoltz Rusiya-Ukrayna müharibəsinin bu il bitəcəyinə ümid etdiyini bildirib.
APA xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
“İndi qətlləri dayandırmaq və sülhə nail olmaq üçün bütün variantlar araşdırılmalıdır. Ümid edirəm ki, bu il hər şey alınacaq, amma bunun mümkün olub-olmadığını görəcəyik”, - kansler qeyd edib.