"ABŞ Ukraynanın əraziləri qaytara biləcəyinə inanmır" - Erik Qrin

"Birləşmiş Ştatlar Ukraynanı dəstəkləməkdən söhbət gedəndə bilərəkdən ərazi parametrlərindən danışmayıb".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) Rusiya və Mərkəzi Asiya üzrə keçmiş baş direktoru Erik Qrin “Time” jurnalına müsahibəsində deyib.

“Biz qəsdən ərazi parametrləri barədə danışmamışıq”, - o deyib.

“Daha mühüm məqsəd Ukraynanın suveren, demokratik, Qərblə inteqrasiya oluna bilən ölkə kimi sağ qalması idi”, - Qrin deyib.