Bu ilin fevralında ABŞ hakimiyyəti İranla bağlı mühüm siyasi qərarlar qəbul edəcək.
APA xəbər verir ki, bu barədə “CBS News”a Donald Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uots bildirib.
O qeyd edib ki, hazırda İslam Respublikası İsrailin addımları səbəbindən zəifləyib.
“Vacib qərarlar qəbul etmək vaxtıdır. Və biz bunu növbəti ay ərzində edəcəyik”, - Uots vurğulayıb.