XİN başçısı: Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun fəaliyyəti ilk fürsətdə bərpa oluncaq.

Bu barədə “Report”un sualına cavabında xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, baş konsulluq ABŞ-nin Kaliforniya ştatında baş verən yanğına görə fəaliyyət göstərdiyi binadan köçüb:

"Diplomatik qurumumuzun fəaliyyəti dayandırılmayıb, hazırda uzaqdan işini davam etdirir. Los-Ancelesdəki fəaliyyət ilk fürsətdə bərpa olunacaq".